Millimiz üçüncü oyunda da uduzdu

19:44 - 5 Yanvar 2024

Litvanın Şaulyay şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçivəsində 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, yığmamız Ukrayna seçməsi ilə qarşılaşıb. Qarşılaşma millimizin 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, voleybolçularımız bundan əvvəl Estoniya və Latviyaya da eyni hesabla uduzub.

Xəbər xətti