İsgəndərli "Boluspor"da debüt etdi

22:23 - 13 Yanvar 2024

Bir müddət əvvəl Albaniyanı tərk edərək Türkiyəyə yollanmış Vüsal İsgəndərli "Boluspor"da artıq debüt edib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin komandası Türkiyə birinci liqasının 18-ci turda "Adanaspor"la üz-üzə gəlib.

"Boluspor" səfərdəki qarşılaşmada 1:1 oynayıb.

İsgəndərli meydana start heyətində çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

"Adanaspor" - "Boluspor" 1:1
Qollar: Oberlin 61 - Abramovski, 30 

"Boluspor" 23 xalla 9-cu pillədədir. 

Vüsal İsgəndərli Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti