"Səbail"in sabiq futbolçusu MLS klubuna keçdi - FOTO

12:34 - 14 Yanvar 2024

"Səbail"in sabiq qolkiperi Nikolas Hagen MLS Liqasında oyanayacaq.

Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının ilk və yeganə qvatemalalısı "Kolumbus Kryu" ilə anlaşıb.

27 yaşlı qapıçı 2020-ci ildə “Munisipal”dan ayrıldıqdan sonra “Səbail”ə keçmişdi.

Hagen Avropa karyerasına məhz Azərbaycanda başlayıb. O, ölkəmizi tərk etdikdən sonra "HamKam"(Norveç) və "Bney Saxnin"in(İsrail) qapısını qoruyub. 

Xəbər xətti