"Neftçi" italiyalı hücumçu ilə maraqlanır? Mutu açıqladı

16:52 - 16 Yanvar 2024

Rumıniya mətbuatında "Neftçi"nin italiyalı hücumçu Andrea Kompanyonu transfer etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın sabiq baş məşqçisi Adrian Mutu FCSB-nın forvardı ilə bağlı Rumıniya mətbuatına məlumat verub. O, "Digi Sport"a verdiyi açıqlamada "Neftçi"dən Kompanyo haqda ondan məlumat aldıqlarını bildirib:

"Bu haqda eşitmişəm. “Neftçi" rəsmiləri məndən Andrea Kompanyo haqda soruşdular. Onlara dedim ki, bəli, o, ötən mövsüm Duqandziçlə bombardirlik titulu uğrunda mübarizə aparan futbolçudur".

FCSB Andrea Kompanyonu 2022-ci ilin yayında "Universitatya Krayova" klubundan transfer edib. 27 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol vurub. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti