"Çelsi"nin 85 milyon avroluq təklifi rədd edildi

22:13 - 16 Yanvar 2024

İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Sportinq"də çıxış edən Viktor Gyökeresin xidmətində maraqlıdır. Bu barədə "Record" nəşri məlumat yayıb.

"Çelsi" isveçli forvard üçün Portuqaliya klubuna 80+5 milyon avroluq təklif göndərib. Lissabonlular isə futbolçunu müqaviləsində yer alan 85 milyon avroluq sərbəstqalma məblə

ğindən aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Sportinq" Viktor Gyökeresi mövsümün əvvəlində "Koventri"dən transfer edib. 25 yaşlı hücumçu komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 20 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti