"Mançester Siti"nin futbolçusu "Barselona" yolunda

13:30 - 18 Yanvar 2024

"Mançester Siti"nin futbolçusu Kalvin Filips karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Barselona" və "Atletiko" İngiltərəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

Transferin baş tutub-tutmayacağı növbəti həftə məlum olacaq.

Qeyd edək ki, "Mançester Sİti" Kalvin Filipsi 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti