Millimizin üzvü Polşa klubunun heyətində debüt etdi

11:16 - 24 Yanvar 2024

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov "LKS Lodz"un heyətində debüt edib.

Sportal.az xəbər verir ki, Polşa təmsilçisi Türkiyə toplanışı çərçivəsində "Atırau" ilə qarşılaşıb. Məmmədov da Qazaxıstan klubu ilə keçirilmiş matçda meydana çıxıb.

Start heyətində yer alan Rahil birinci hissədən sonra əvəzlənib. Görüş Lodz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rahil bir neçə gün əvvəl "Qarabağ"dan Polşa klubuna keçmişdi. O, yeni klubu ilə 1,5 illik müqaviləyə qol çəkib.

Xəbər xətti