"Xəzri" dən rahat, "Xırdalan" dan isə sürpriz və əzmkar qələbə

22:22 - 24 Yanvar 2024

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun iki oyunu baş tutub.

Sportal.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Cəlilabad" klubları üz-üzə gəliblər. Bu görüşdə "Xəzri" rəqibi üzərində 100-81 hesablı rahat qələbə qazanıb.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 9 asist), "Cəlilabad" (Camani Pirs - 21 xal, 5 ribaund)

Günün ikinci oyununda çempionatın vahid lideri "Sabah",pley-off zonasında qərarlaşmış "Xırdalan" klubu ilə qarşılaşıb. Əlavə vaxta gedən gərgin oyunun yekununda 107-103 hesabı ilə qələbə qazanan tərəf "Xırdalan" olub.

Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 12 ribaund), "Xırdalan" (Cessi Qi - 32 xal, 7 asist)

Xəbər xətti