"Qarabağ"ın rəqibi Portuqaliya Liqa Kubokunu qazandı

10:56 - 28 Yanvar 2024

Portuqaliya Liqa Kubokunun qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, həlledici görüşdə Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" ilə "Eştoril" üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Braqa" (5:4) kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti