"Qarabağ"ın tanışı ispan hücumçu transfer etdi

12:10 - 28 Yanvar 2024

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Bayer" heyətini yeni hücumçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Betis"dən Borxa İqlesiası icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan forvard 2023/2024 mövsümünün ikinci yarısını "Bayer"də keçirəcək.

Qeyd edək ki, Borxa İqlesias bu mövsüm "Betis"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti