Millinin bombardiri oyun zamanı dünyasını dəyişdi

16:12 - 29 Yanvar 2024

Panama milli komandasının sabiq futbolçusu Luis Tejada vəfat edib.

Sportal.az xəbər verir ki, hücumçu veteranların oyunu zamanı huşunu itirib. Bu barədə ESPN nəşri məlumat yayıb.

Veteran futbolçu xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Luis Tejada komanda milli komandasının bombardiridir. O, yığmada keçirdiyi 108 oyunda 42 qol vurub.

Xəbər xətti