Türkiyə millisinin üzvü İngiltərə klubunda

22:32 - 29 Yanvar 2024

"Trabzonspor"un futbolçusu Abdulkadir Ömür karyerasını İngiltərədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüafiəçi "Hall Siti"yə keçəcək. Bu barədə yerli media məlumat yayıb.

Artıq tərəflər arasında razılıq əldə olunub. "Hall Siti" Türkiyə klubuna 6 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Abdulkadir Ömür "Trabzonspor"un yetirməsidir. Türkiyə millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 211 rəsmi matçda 25 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti