Məmmədov Polşa klubunda növbəti oyununu keçirdi

10:17 - 31 Yanvar 2024

Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov "LKS Lodz" klubunda növbəti matçını keçirib. 

Sportal.az xəbər verir ki, o, Serbiyanın "Radniçki" klubuna qarşı keçirilmiş yoxlama görüşündə meydana çıxıb.

Meydana start heyətində çıxan Rahil 30-cu dəqiqədə əvəzlənib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

"LKS Lodz" Polşa çempionatında 18 turdan sonra 10 xalla sonuncu pillədədir. 

Xəbər xətti