Tanınmış forvard Türkiyəyə yollanmadı, komandasında qaldı

12:33 - 24 Fevral 2024

Braziliya millisinin sabiq forvardı Halk "Atletiko Mineyro"da qalıb.

Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, "Adana Demirspor"un transfer siyahısında olan təcrübəli hücumçu hazırkı komandası ilə müqavilə müddətini artırıb. 

O, 2026-cı il iyunun 30-na qədər "Atletiko Mineyro"da oynayacaq. 

37 yaşlı futbolçu 2021-ci ildən bu komandanın formasını geyinir.

Halk Braziliya çempionatında son mövsümdə 34 matça çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə verib. 

Xəbər xətti