"Barselona"nın futbolçusuna Səudiyyə Ərəbistanından təklif

19:38 - 29 Fevral 2024

"Barselona"nın futbolçusu Serji Roberto karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, II Liqanın lideri olan "Əl-Kadisiya" 32 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Ərəblər ispan futbolçuya yüksək məbləğdə maaş təklif edib. Oyunçu özü isə MLS-də oynamaq istəyir.

Qeyd edək ki, Serji Roberto "Barselona"nın yetirməsidir. İspaniya millisinin sabiq üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti