Zidanın çalışdırmaq istədiyi 3 komanda

14:21 - 2 Mart 2024

Adı Avropanın bir çox klubu ilə hallanan Zinədin Zidan qərar verməyə tələsmir.

Sportal.az xəbər verir ki, fransalı mütəxəssisin işləmək istədiyi 3 komnanda var. Bu barədə "Sun Sport" nəşri məlumat yayıb.

51 yaşlı məşqçi sabiq klubu "Real", Fransa yığması və ya "Marsel"i çalışdırmaq arzusundadır.

Qeyd edək ki, Zidan məşqçilik karyerası ərzində yalnız "Real"da işləyib. O, 2014-2016, 2019-2021-ci illərdə Madrid təmsilçisinə rəhbərlik edib.

Xəbər xətti