"Neftçi" "Səbail"lə matça itkilərlə çıxacaq

13:33 - 14 Mart 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının 27-ci turunun “Səbail”lə oyunu öncəsi daha bir itki ilə üzləşə bilər.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədə səbəbindən komandaya kömək edə bilməyən Emil Balayev, Azər Əliyev və Ataa Caberdən başqa, komandanın kapitanı Emin Mahmudov da qarşıdakı oyunu buraxmaq təhlükəsi ilə üz-üzədir.

Onun iştirak edib-etməyəcəyi sabah oyun günü müəyyənləşəcək.

Qeyd edək ki, Premyer Liqanın 27-ci turunun “Neftçi” – “Səbail” görüşünə 19:00-da start veriləcək.

Xəbər xətti