"Real"ın futbolçusu Premyer Liqaya qayıda bilər

16:25 - 16 Mart 2024

"Real"ın futbolçusu Brahim Dias karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində "Arsenal" maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisi Dias üçün 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 32 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti