"Real"dan səfər qələbəsi - VİDEO

22:41 - 16 Mart 2024

Futbol üzrə İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Real" səfərdə "Osasuna"ın qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 72-yə yüksəldən "Real" liderliyini davam etdirir. 36 xalı olan "Osasuna" isə 11-ci yerdədir.

"Osasuna" - "Real" 2:4
Qollar: 
Ante Budimir, 7, İker Munyoz, 90+3 - Vinisius, 4, 64, Dani Karvahal, 18, Brahim Dias, 61

Xəbər xətti