Mahir Emreli seçim edəcək, qərar verməyib

13:48 - 17 Mart 2024

Azərbaycan milli komandasının forvardı Mahir Emreli gələcək karyerası ilə bağlı yekun qərar qəbul edib. 

Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı forvard yeni mövsümə “Dinamo”da (Zaqreb) başlamayacaq. Bir müddətdir ki, zədəli olan və buna görə Azərbaycan millisinin düşərgəsinə də qoşula bilməyən Emrelinin Zaqreb klubunda qalmayacağı dəqiqləşib. Buna səbəb isə, futbolçunun zədəli olmadığı zamanlarda da oyun praktikasından əziyyət çəkməsi, lazımı qədər şans qazanmamasıdır. 

Xorvatiya nəhəngi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər olan Emrelinin yeni mövsüm üçün özünə komanda axtardığı bildirilir. Onun xidmətində maraqlı olan klubların sayı çoxdur. Sadəcə, futbolçu bununla bağlı seçim etməli olacaq. Lakin o, hələ ki, bu barədə yekun qərarını verməyib.

Xəbər xətti