Azərbaycan millisinin rəqibinin Bakıya gələcəyi tarix müəyyənləşdi

14:34 - 17 Mart 2024

Azərbaycanda “FİFA series” layihəsi çərçivəsində keçiriləcək miniturnirdə iştirak edəcək Bolqarıstan millisinin paytaxtımıza gələcəyi tarix müəyyənləşib.

Sportal.az saytına verilən məlumata görə, bolqarlar martın 19-da Sofiyadan birbaşa paytaxtımıza gələcək.

İlian İlievin rəhbərlik etdiyi kollektiv Bakıda iki oyun keçirdikdən sonra isə, martın 26-da Bolqarıstana qayıdacaqlar.

Qeyd edək ki, Bolqarıstan milli komandası martın 22-də Tanzaniya ilə, 25-də isə Azərbaycanla qarşılaşacaq.

Xəbər xətti