"Milan" fransalı ilə yollarını ayıracaq

17:37 - 17 Mart 2024

"Milan" yayda Olivye Jiru ilə yollarını ayıra bilər.

Sportal.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, fransalı ilə MLS klubları yaxından maraqlanır.

Belə ki, "Los-Anceles" və "Nyu-York Siti" klubları Jiru uğrunda mübarizəyə girişib.

Artıq hər iki klubun nümayəndələri Jirunun meneceri ilə danışıqlara başlayıb.

37 yaşlı hücumçu “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi”də oynadıqdan sonra 2021-ci ildə “Milan”a keçib.

Xəbər xətti