Azərbaycan millisi başlayır, ilk məşqdə bu futbolçu iştirak etməyəcək

13:34 - 18 Mart 2024

Azərbaycan milli komandası bu gün “FİFA series” layihəsi çərçivəsində keçiriləcək turnir öncəsi məşqlərə başlayacaq.

Sportal.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi kollektiv ilk məşqinə saat 17:00-da başlayacaq.

Milli komandamız oyunlarını Tofiq Bəhramov stadionunda, məşqlərini isə Bakı Olimpiya Stadionunun əsas meydançasında keçirəcək.

Yığmaya dəvət edilmiş bütün futbolçular ilk məşqdə iştirak edəcək. Yalnız “Yurqorden”in futbolçusu Musa Qurbanlı ilk məşqi buraxacaq.

Xəbər xətti