"Qarabağ"ın qapıçısı millinin düşərgəsinə qoşuldu

17:20 - 18 Mart 2024

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya milli komandasının düşərgəsinə qoşulub.

Sportal.az xəbər verir ki, bu barədə millinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı qolkiper 2 ildən sonra yığmaya dəvət alıb. 

Rusiya seçməsi martın 21-i Serbiya ilə, 25-i isə Paraqvayla yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, Andrey Lunyov bu mövsümün əvvəlindən "Qarabağ"da çıxış edir. Təcrübəli qapıçı Ağdam təmsilçisinin heyətində 26 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti