"İnter"in futbolçusu irqçiliyə görə millidən qovuldu

19:31 - 18 Mart 2024

"İnter"in futbolçusu Françesko Açerbi İtaliya milli komandasından qovulub.

Sportal.az xəbər verir ki, buna səbəb 36 yaşlı müdafiəçinin A Seriyasının 29-cu turunun "Napoli" ilə matçında (1:1) rəqib futbolçu Xuan Jezusa qarşı irqçilik etməsidir. Məlumatı İtaliya Futbol federasiyasının mətbuat xidməti yayıb.

Yığmanın baş məşqçisi Lusiano Spaletti təcrübəli oyunçunu heyətdən kənarlaşdırıb. Onun əvəzinə "Roma"nın müdafiəçisi Canluka Mançini milliyə dəvət olunub.

Qeyd edək ki, İtaliya seçməsi Venesuela və Ekvadorla yoldaşlıq görüşlərində üz-üzə gələcək.

Xəbər xətti