Paytaxt klubunu "Qalatasaray"ın sabiq baş məşqçisi çalışdıracaq

09:34 - 19 Mart 2024

Mauritsio Sarri ilə yollarını ayıran "Latsio"nun baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, paytaxt klubu bu postu İqor Tudora həvalə edib.

Xorvatiyalı məşqçi mövsümün sonuna qədər komandanı çalışdıracaq.

Yeni mövsüm üçün isə onunla müqavilə müddəti artırıla bilər.

Qeyd edək ki, Tudor son olaraq "Marsel"də işləyib. 45 yaşlı məşqçi "Hayduk", PAOK, "Karabükspor", "Qalatasaray", "Udineze", "Yuventus", "Verona" klublarında işləyib.

Xəbər xətti