"Mançester Yunayted" Braziliya millisinin üzvü üçün hərəkətə keçdi

16:08 - 19 Mart 2024

"Mançester Yunayted" yay transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Vest Hem"də çıxış edən Lukas Paketanın xidmətində maraqlıdır. Bu barədə "Daily Express" nəşri məlumat yayıb.

Mançester təmsilçisi braziliyalı vinger üçün London klubuna Harri Maquayrı və əlavə olaraq müəyyən miqdarda pul təklif edəcək. "Mançester Siti" də 26 yaşlı vingeri transfer etmək istəyir.

Qeyd edək ki, "Vest Hem" Lukas Paketanı 2022-ci ilin yayında "Lion"dan transfer edib. Braziliyalı millisinin üzvü bu mövsüm "çəkicdöyənlər"in heyətində meydana çıxdığı 33 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.

Xəbər xətti