Məşhur hücumçu ABŞ klubuna keçə bilər

22:22 - 19 Mart 2024

"Milan"ın hücumçusu Olivye Jiru karyerasını ABŞ-də davam etdirə bilər.

Sportal.az xəbər verir ki, fransalı futbolçunun xidmətində "Los Anceles" klubu maraqlıdır. Bu barədə "the Atletic" nəşri məlumat yayıb.

MLS təmsilçisi yayda İtaliya klubu ilə müqaviləsi başa çatan 37 yaşlı forvardı azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Olivye Jiru bu mövsüm "Milan"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti