PSJ-dən "Atletiko"ya

11:47 - 20 Mart 2024

"Atletiko"(Madrid) PSJ-nin forvardı Qonçalo Ramoşu heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Portuqaliya millisinin üzvü üçün Madrid klubunun rəsmiləri PSJ-yə rəsmi təklif göndərib.

O, ötən yay "Benfika"dan PSJ-yə keçmişdi.

"Atletiko" böyük ehtimalla yayda 22 yaşlı futbolçu ilə müqavilə imzalayacaq.

Ramoş PSJ-nin heyətində 30 oyunda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun müqavilə müddəti mövsümün sonuna qədərdir.

Xəbər xətti