Bolqarıstanlı hücumçu: "Azərbaycan daha ciddi komandadır"

13:59 - 23 Mart 2024

Bolqarıstan milli komandası "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bolqarlar növbəti oyunda Azərbaycan yığması ilə üz-üzə gələcək. Rəqibin hücumçusu Aleksandr Kolev millimizi daha ciddi komanda adlandırıb:

"Azərbaycan daha ciddi komandadır. Futbolçularının yarısı "Qarabağ"da oynayır. Onların "Bayer"ə nələr etdiklərini gördünüz. Ümid edirəm ki, Tanzaniya yığması üzərindəki qələbə bizə daha inam verəcəyik. Yaxşı oyuna və qələbəyə ümid edirəm".

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan qarşılaşması 25 mart tarixində saat 20:00-da baş tutacaq.

Xəbər xətti