"Cəbrayıl" - "Qusar" matçında 5 qol - VİDEO

21:28 - 25 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVIII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə "Cəbrayıl" öz meydanında "Qusar"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 37 xalı olan "Cəbrayıl" isə 3-cü yerdədir.

"Cəbrayıl" - "Qusar" 2:3
Qollar: 
Sərxan Ağayev, 37 (avtoqol), Nurlan Quliyev, 45+4 - Orxan Qurbanlı, 3, İlqar Hüseynov, 33 (pen), Eşqin Tağıyev, 67

Xəbər xətti