Millimizin üzvü 90 dəqiqə oynadı, komandası yarımfinala yüksəldi

19:25 - 26 Fevral 2025

Futbol üzrə Albaniya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Bilis"i qəbul edib.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. "Eqnatiya" ilk matçda 3:1 hesablı qələbə qazandığı üçün yarımfinala yüksəlib.

Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. ), oyunun 24-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Xəbər xətti