"Tottenhem" "Sportinq"in futbolçusunu transfer etmək istəyir

20:17 - 26 Fevral 2025

"Sportinq"in futbolçusu Morten Yulmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" danimarkalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Jornal de Noticias" məlumat yayıb.

London klubu 25 yaşlı orta xətt oyunçusunu yayda heyətinə qatmağı planlaşdırır. "Tottenhem"in bu keçidi 80 milyon avroluq sərbərtqalma məbləğindən daha aşağı qiymətə yekunlaşdıra biləcəyi gözlənilir.

Qeyd edək ki, "Sportinq" Morten Yulmannı 2023-cü ilin avqust ayında "Leççe"dən transfer edib. Danimarka millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti