Macarıstan milli komandası beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Marko Rossinin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveç seçməsini qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Macarıstan yığması iyunun 10-da Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. “Liv Bona Dea Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi