"Leypziq"in futbolçusu Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" niderlandlı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu Simonsla razılıq əldə edib. 22 yaşlı oyunçu Premyer Liqada oynamağa isti yanaşır.
"Çelsi" Almaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Leypziq" Xavi Simonsu 2023-cü ilin yayında PSJ-dən transfer edib. Niderland millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi