"Qurban Qurbanov onu "Qarabağ"da oynatmaq fikrindədir" - "Şamaxı"ya keçidi baş tutmayan futbolçu barədə

15:14 - 23 İyul 2025

U-21 milli üzvlərini heyətinə qatmaqda maraqlı olan "Şamaxı" Hikmət Cəbrayılzadəni də sıralarında görmək istəyirdi. Bu məqsədlə "Qarabağ"a müraciət etsələr də, müsbət cavab ala bilməmişdilər. 

Həm "Şamaxı"nın, həm də U-21 millimizin baş məşqçisi Ayxan Abbasov bu məsələ ilə bağlı sportal.az saytına açıqlama verib: 

"Hikməti U-21 yığmasının son toplanışına çağırmışdım. Çox potensiallı, gələcəyə vəd verən futbolçudur. Sevindiricidir ki, "Qarabağ"ın heyətində "Zalsburq", "Tvente" kimi rəqiblərlə oyunda meydana çıxır. Onun barəsində Elçin Rəhmanovla danışığımız oldu. Hikməti götürmək istəyirdik. Amma Elçin müəllim bildirdi ki, Qurban Qurbanov onu "Qarabağ"da oynatmaq fikrindədir".

Xəbər xətti