"Atletiko" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Almeriya"dan Mark Pubili transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Atletiko" İspaniya U-21 millisinin üzvü üçün 2-ci Liqa klubuna 16 milyon avro təzminat ödəyəcək. 22 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Mark Pubil ötən mövsüm "Almeriya"nın heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi