"Portu" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "əjdahalar" "Kopenhagen"dən Viktor Froholdtu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Portu" danimarkalı oyunçu üçün onun klubuna 20 milyon avro təzminat ödəyib. 19 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Viktor Froholdt "Kopenhagen"in yetirməsidir. Danimarka millisinin üzvü paytaxt təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 62 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi