Moldova millisinin sabiq üzvü: "Mikelsin günü idi, "Petrokub"un müdafiə xəttini ələ saldı"

14:22 - 3 Avqust 2025

"Kişinyovdakı görüşdə meydanda iki eyni səviyyədə komanda oynayırdı. "Petrokub" üçün Bakıda 2 qol vurub bərabərliyi əldə etmək, 3 qol vuraraq isə mərhələ adlamaq çətin idi. Hamı da yaxşı başa düşürdü. "Petrokub" "Sabah"la iki görüşdə də çox böyük səhvlər buraxdı. Deyərdim ki, "Petrokub" son 2 mövsümdə “Sabah”la oyundakı qədər səhvlərə yol verməmişdi. Bakıdakı matçda Coy-Lens Mikelsin günü idi. Yüngül demək lazımdırsa, sanki "Petrokub"un müdafiə xəttini ələ saldı. Belə anlarda baş məşqçilər korpusu gücsüz görünür. Deyirlər ki, komanda qalib gəlir, amma baş məşqçi uduzur. "Petrokub"un hər bir futbolçusu "Sabah"la görüşləri düşünməli və analiz etməlidir. Çünki bu iki görüşlərdə taktiki səhvlər, birəbirdə buraxılan səhvlər...Bu cür oynamağa imkan vermək olmaz”

Bu sözləri Sportal.az saytına açıqlamasında Moldova millisinin sabiq üzvü, “Xəzər Lənkəran”ın keçmiş futbolçusu Denis Kalinkov deyib.

39 yaşlı məşqçi “Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokub”la(2:0, 4:1) görüşlərdə qazandığı qələbəni şərh edib. O, bununla yanaşı “Sabah”ın avrokuboklarda irəliləmək perspektivini dəyərləndirib:

“Sabah”a uğurlar arzulayıram. Onlar həm Kişinyovda, həm də Bakıda layiqli qələbə qazandı. Bunu müzakirə etmək də lazım deyil, onlara afərin düşür. "Levski" ilə görüşdə də "Sabah"a uğurlar arzulayıram. Bolqarıstan çempionatı inkişaf edir, layiqli liqadır. Hər halda, maksimum dərəcədə konsentrasiya olmaq lazımdır. "Sabah"a azarkeşlik edəcəm. Arzu edirəm ki, futbol şansı hər zaman sizinlə olsun”.

Mirbağırağa

Xəbər xətti