Misli Premyer Liqasına yüksələn "Karvan" daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, bölgə klubu yarımmüdafiəçi İbrahim Qədirzadə ilə 1 illik yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, İbrahim ötən mövsüm "Karvan"ın heyətində 25 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.