Azərbaycanın iki cüdoçusu Avropa Kubokunun qalibi oldu

16:22 - 3 Avqust 2025

Azərbaycanın iki cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kubokunun qalibi olublar.

Sportal.az xəbər verir ki, ilk yarış günündə tatami üzərinə çıxan Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc mükafat əldə edib.

Millimiz hazırda 2 qızıl, 1 gümüş və 1 bürünc medala komanda hesabında ikinci pillədə qərarlaşıb.

Xəbər xətti