"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transfer planlarında dəyişiklik edib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qarşıdakı gün və həftələrdə 1 deyil, daha 2 oyunçunun alınmasını istəyib.
Rəhbərliklə bu yöndə fikir mübadiləsi aparan çalışdırıcı gücləndirilməsini istədiyi mövqeləri açıqlayıb.
O, yeni mərkəz hücumçusu və sol cinah yarımmüdafiəçisini öz sərəncamında görməyi planlaşdırdığını söyləyib.
Qurbanov bildirib ki, komandada rəqabəti gücləndirmək niyyətindədir və danışıqlar aparılan legionerləri bura gətirmək mümkün olsa, ümumi səviyyə bir qədər də qalxacaq.
Çempionlar Liqasında mübarizə aparan «köhlən atlar» geridə qalan müddətdə transfer çalışması həyata keçirib.
Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Danamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) Ağdam təmsilçisinin düşərgəsinə qoşulub.
saytlarin hazirlanmasi