“Neftçi” Fransanın məşhur klubunun müdafiəçisini Bakıya gətirdi - SON DƏQİQƏ

10:54 - 7 Avqust 2025

“Neftçi” növbəti transferini gerçəkləşdirməyə çox yaxındır.

Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, Falaye Sako bakılıların yeni legioneri ola bilər.

Mali millisinin sağ cinah müdafiəçisi artıq ölkəmizdədir.

“Ağ-qaralar” afrikalının məxsus olduğu “Monpelye”ni artıq bu barədə məlumatlandırıb. Çünki 30 yaşlı afrikalının Fransa klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

“Monpelye” 2023-cü ilin yayında onun keçidi üçün Portuqaliya “Vitoriya”sına 1,3 milyon avro ödəyib. Bir illik müqaviləsi qalan müdafiəçinin hazırkı transfer dəyəri də bu qədərdir.

“Neftçi“ onun üçün təzminat ödəməyə hazırdır. Amma göstərilən məbləğ qədər yox.

Təklif edilən kompensasiya bundan 3 dəfə aşağıdır.

Falaye Sako karyerası ərzində Macarıstan, Belçika, Portuqaliya və Fransada legioner həyatı yaşayıb.

Paytaxt təmsilçisi bu yay artıq 11 yeni oyunçu ilə güclənib.

Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb), Cordan Rezabala (son klubu "Dorados"), Kristian Kostin (son klubu “Dinamo” Buxarest, Rumıniya), Kenan Piriç (son klubu "Antalyaspor", Türkiyə) və Alessio Kurçi (son klubu “Francs Borains”, Belçika) qeyd olunan siyahıya daxildir.

Xəbər xətti