"Beşiktaş"ın və Türkiyə millisinin sabiq hücumçusu Mustafa Pektemekin yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını II Liqada (səviyyəcə 3-cü) davam etdirəcək.
Forvard "Gebzespor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Mustafa Pektemek 2011-2019-cu illərdə "Beşiktaş"da çıxış edib. O, Türkiyə yığmasının heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi