Belçika millisinin müdafiəçisi "Qalatasaray"a keşə bilər

15:23 - 9 Avqust 2025

"Cenoa"nın müdafiəçisi Koni De Vinter karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Spportal.az xəbər verir ki, "Qalatasaray" belçikalı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi De Vinter üçün "Cenoa"ya rəsmi təkliflə müraciət edib. 23 yaşlı mərkəz müdafiəçisi ilə "İnter", "Kristal Pelas", "Vilyarreal", "Sportinq" və "Vest Hem" də maraqlanır.

Qeyd edək ki, "Cenoa" Koni De Vinteri 2023-cü ilin yayında "Yuventus"dan ttransfer edib. Belçika millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti