Darvin Nunes “Liverpul”dan “Əl-Hilal”a keçib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 26 yaşlı hücumçunun transferini açıqlayıb. Tərəflər 2028-ci ilə qədər müqavilə imzalayıb.
İngilislər uruqvaylı futbolçu üçün bonuslar da daxil olmaqla 65 milyon avro alacaqlar.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Nunyes 30 oyun keçirib, 5 qol və 2 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi