"Atalanta"nın hücumçusu Ademola Lukman Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.
Sportal.az xəbər verir ki, "İnter"dən sonra "Arsenal" da nigeriyalı futbolçuya "elçi düşüb". Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.
Premyer Liqa klubu Lukman üçün 46 milyon avroluq rəsmi təklif göndərəcək. 27 yaşlı forvard özü "İnter"ə keçməyə isti yanaşır.
Qeyd edək ki, "Atalanta" Ademola Lukmanı 2022-ci ilin yayında "Leypziq"dan transfer edib. Nigeriya millisinin üzvü ötən mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi