"Mançester Yunayted"də türkiyəli qolkiperin səhvindən sonra...

23:15 - 22 Avqust 2025

"Mançester Yunayted" hələ bir həftə əvvəl yeni qapıçı almağı düşünmürdü.

Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, mankunianlar bu istiqamətdə iş aparmağı planlaşdırmırdılar. Bu variant yalnız Andre Onananın satılması halında nəzərdən keçirilirdi.

Lakin Premyer Liqanın 1-ci turunda "Arsenal"la oyundan sonra vəziyyət dəyişdi. "Qırmızı şeytanlar"ın yeganə qolu Altay Bayındırın uğursuz hərəkətindən sonra buraxıldı və klub addım atmağa qərar verdi.

Bu gün məlum olub ki, Mançester təmsilçisi Sen Lammenslə 20 milyon avro qarşılığında transferə yaxındır.

Xəbər xətti