"Qarabağ"ın sabiq futbolçusu Julio Romao Azərbaycana gəlib.
Sportal.az xəbər verir ki, "Ferentsvaroş"da çıxış edən braziliyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü üçün Bakıya səfər edib.
Romao "Qarabağ"da birlikdə çıxış etdiyi, hazırda "Araz-Naxçıvan"ın formasını geyinən Patrik Andrade və Hamidu Heyta ilə görüşüb.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. İlk oyun Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi