31 yaşlı iş adamı sərvətini Neymara vəsiyyət etdi

16:10 - 4 Sentyabr 2025

Braziliyada bir iş adamı bütün sərvətini "Santos"da çıxış edən Neymara vəsiyyət edib.

Sportal.az xəbər verir ki, adı açıqlanmayan həmin şəxsin ulduz futbolçunun fanatı olduğu bildirilir. Bu barədə CNN televiziyası məlumat yayıb.

Rio Qrande do Sul əyalətində yaşayan sahibkar vəsiyyətini 12 ilul tarixində iki şahid və bir məmurun iştirakı ilə notariusda rəsmiləşdirib. Sənəddə yeganə varisin Neymar olduğu qeyd olunub.

Mirasın ümumi məbləği açıqlaanmayıb. 31 yaşlı iş adamının vəsiyyətində evlərin, şirkət səhmlərinin və fərqli sahələrdə yatırımların olduğu qeyd olunub.

Neymarın mətbuat xidməti mövzu ilə bağlı hər hansı rəsmi məlumat almadıqlarını açıqlayıb. Futbolçu özü hələ ki vəsiyyətlə bağlı açıqlama verməyib.

Xəbər xətti